“Bu gün 19 apreldir və biz 7 ildir ki, ailəliyik. Yaxşı, pis gündə, xəstəlikdə və sağlıqda bərabər olacağımıza söz vermişdik”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb.
Sənətçi həyat oldaşı ilə fotolarını paylaşaraq təəssüratlarını bölüşüb:
“Həqiqətən də həyat hər zaman sevgili olduğumuz günlərdəki kimi keçmir. Evlənəndə etdiyiniz andlar nə qədər vacib imiş. Hər ikimizin ailəsində itkilərimiz, cənazələrimiz, doğumlar, toylar, üzüntülər, xoşbəxtliklər yaşayarkən həm sevgimizi, həm də özümüz böyüdük. Ana-ata olduq, çoxaldıq, rəngləndik, daha da zənginləşdik. İnşallah əl-ələ hüzurla yaşlanarıq”.

Son xəbərlər
Son Xəbərlər