Bərbər və müştəriləri cərimələndi- Video

berber-ve-musterileri-cerimelendi-video
Oxunma sayı: 3432

Mingəçevir şəhərində sərtləşdirilmiş karantin rejiminə zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, həyata keçirilən tədbir zamanı şəhər ərazisində Bakir Hacıyevə məxsus kişi salonunun qanunsuz olaraq sərt karantin rejimində işlədiyi məlum olub. Obyektə baxış zamanı bərbər və müştərilərin olduğu aşkar edilib.

Rejim qaydalarını pozduqları üçün həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.