Berbok Lavrovu müharibəni dayandırmağa çağırdı

berbok-lavrovu-muharibeni-dayandirmaga-cagirdi
Oxunma sayı: 2628

Almaniyanın XİN rəhbəri Annalena Berbok G20 sammiti zamanı rusiyalı həmkarı Sergey Lavrovu Ukraynadakı münaqişəni dayandırmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Deutsche Welle Qlavnoe” teleqram kanalı yayıb. 

Məlumata görə, almaniyalı nazir G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiyanı təşkilatın işinə əngəl törətməkdə ittiham edib.

“Biz multilateralizmə inanırıq. Bu müharibəni dayandırın, beynəlxalq nizamı pozmağa son qoyun”, - deyə Berbok sammitdə iştirak edən Lavrova müraciət edərək söyləyib.