“Qafqazinfo” xəbər verir ki, müsabiqədə rayonun 7 musiqi məktəblərindən 20 nəfər iştirak etmişlər. Müsabiqə iştirakçılarının ifalarının qiymətləndirilməsi üçün 5 nəfərdən ibarət müsiflər heyyəti təyin olunub.
Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi, müsiflər heyyətinin sədri Aydın Qasımov açaraq iştirakçıları müsabiqənin keçirilmə şərtləri ilə bir daha tanış edib və onlara uğurlar arzulayıb. Daha sonra Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövürlərdə gəncliyə göstərdiyi xüsusi diqqət və qayğıdan, istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması üçün imzaladığı sərəncamlardan, Azərbaycan gəncliyinin əldə etdiyi nailliyyətlərdən danışıb.
İştirakçıları dinlədikdən sonra müsiflər heyyətinin yekdil qərarına məktəblilər mükafatlandırılıb. Diplomları Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov , Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev və müsiflər heyyəti təqdim edib.
Son xəbərlər
Son Xəbərlər