Bərdə sakini Yevlaxda maşınını aşırdı, xəsarət alanlar var

berde-sakini-yevlaxda-masinini-asirdi-xesaret-alanlar-var
Oxunma sayı: 904

Yevlaxda avtomobilin  aşması nəticəsində iki nəfər xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.

Yevlax Bərdə rayon sakini Məmmədov Nurəddin idarə etdiyi minik avtomobilini aşırıb. Nəticədə sürücü və 1974-cü il təvəllüdlü Abbasov Şahverdi xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli