“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bərdə rayonu, Hacıbəyli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus 10 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mingəçevir şəhərində (şəhər mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın saat 19:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər