Bərdədə 123 evə qaz çəkilir - Video

berdede-123-eve-qaz-cekilir
Oxunma sayı: 891

“Azəriqaz” Bərdə rayonunun Güloğlular kəndinin genişlənən hissəsində yerləşən fərdi yaşayış evlərinin mavi yanacaqla təmin edilməsini artıq yekunlaşdırmaq üzrədir.

İstehsalat Birliyindən “Qafqazinfo”ya verilən xəbərə görə, 1000 metrdən artıq müxtəlif diametrli borular vasitəsi ilə çəkilən xətt 27 fərdi yaşayış evində təbii qazdan rahat istifadə edilməsinə imkan yaradacaq. Rayonun “Nar çiçəyi” adlanan yeni yaşayış massivinin də qazlaşdırılması işləri həyata keçirilir.

Ümumi uzunluğu 3 500 metr olan müxtəlif diametrli polad boru ilə çəkilən daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkilişi işləri bitmək üzrədir. İşlər yekunlaşdıqdan sonra yeni massivdə salınan 96 fərdi yaşayış evi təbii qazla təmin olunacaq.

Keçidə daxil olaraq videomaterialla tanış ola bilərsiz: