Bərdədə 2 uşağı xəstəxanaya atan baba ilə nənəsi imiş...

Bərdədə 2 uşağı xəstəxanaya atan baba ilə nənəsi imiş...
Oxunma sayı: 1116

Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atılan azyaşlılara atası sahib çıxıb.

"Qafqazinfo" xəbər verir ki, xəstəxananın baş həkimi Rafael Mustafayev virtualaz.org-a bildirib ki, ata xəstəxanaya gələrək uşaqlarını aparmaq istədiyini deyib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov isə hadisə ilə bağlı danışıb.

Onun sözlərinə görə, dünən axşam təxminən saat 9-da iki nəfər yanlarında iki uşaqla xəstəxanaya gəlib. “Onlar növbətçi həkimə uşaqları küçədən tapdıqlarını, buna görə də, xəstəxanaya yerləşdirmək istədiklərini deyiblər. Növbətçi həkim məruzə etmək üçün gözləmələrini xahiş edib. Geri qayıdanda isə görüb ki, onlar uşaqları dəhlizdə qoyaraq gediblər. Uşaqlardan birinin 8 yaşı var, digəri 6 aylıqdır”, - Abubəkirov əlavə edib.

Dərhal Bərdə Rayon İcra Hakimiyyətinə, hüquq-mühafrizə orqanlarına məlumat verilib, uşaqlar üçün palata ayrılıb.

Araşdırma zamanı bəlli olub ki, uşaqları xəstəxanaya gətirənlər yad deyil, onların ana tərəfdən doğma nənəsi və babasıdır. Uşaqların da məhz ailə münaqişəsi zəminində atıldığı güman edilir.

Xəstəxanaya gələn ata deyib ki, uşaqlarına qarşı tərəf sahib çıxmırsa, özü baxa bilər. Uşaqlar müayinə ediliblər, vəziyyətləri yaxşıdır. Araşdırmadan sonra qərar veriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi