Bu gün Bərdə Peşə Liseyində rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı və liseyin şagirdlərinin iştirakı ilə “20 yanvar milli hüzn və qürur günüdür“ mövzusunda anım tədbiri keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə liseyin direktor müavini Rafiq Alıyev açaraq qonaqları təqdim edib. O, tədbirin məramı barədə söz açaraq, görülən işlərin əhəmiyyətindən danışıb.
20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək 20 yanvar hadisələrinin baş vermə səbəblərindən,dövrün tarixi proseslərindən, SSRİ məkanında gedən ictimai-siyasi hadisələrdən, Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından və bundan sonra xalqımızın başına gətirilən bəlalar barədə şagirdlərə geniş və əhatəli məlumat verib.



Son xəbərlər
Son Xəbərlər