Bərdədə 26 yaşlı oğlan qızdırmadan öldü

Bərdədə 26 yaşlı oğlan qızdırmadan öldü
Oxunma sayı: 2383

Bərdə rayonunda 26 yaşlı oğlanın bədən temperaturu normadan artıq qalxdığından ölüb.

"Qafqazinfo"nun verdiyi məlumata görə, rayonun Qaradəmirçi kənd sakini, 1993-ci il təvəllüdlü Pərviz Məmmədovun bədən temperaturu qəfil 42 dərəcəyə yüksəlib.

P. Məmmədov yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi