Bərdədə 4 maşın toqquşdu

Bərdədə 4 maşın toqquşdu
Oxunma sayı: 769

Bərdə rayonunda baş verən zəncirvari qəzada dörd minik avtomobili toqquşub.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Hadisə zamanı  avtomobillərdən 3 VAZ 2107 markalı avtomobil olmaqla bir Lada 21015 markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. 

Bərdə rayon polis şöbəsinin Dövlət yol polisi bölməsi tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi