Bərdədə yanğın qeydə alınıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bərdə rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin lambirindən ibarət tavanı 20 m² sahədə, hamam otağının qapısı və pəncərə çərçivəsi yanıb.
Sabirabadda da yanğın qeydə alınıb. Qalağayın kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m² sahədə və içərisində 1 ədəd divan yanıb.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər