Bərdədə 45 yaşlı kişi qonşusuna atəş açdı

berdede-45-yasli-kisi-qonsusuna-ates-acdi
Oxunma sayı: 3269

Bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib. 

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. 

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb. 

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.