Bərdədə ağır qəza, yaralılar var

berdede-agir-qeza-yaralilar-var
Oxunma sayı: 1818

Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonunun Mirzəxan kəndində baş verib.

Belə ki, "Vaz-21011" və "Vaz-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar İsmayılov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəsarət alanlardan birini vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli