Bərdədə ağır yol qəzası - 6 yaralı

berdede-agir-yol-qezasi
Oxunma sayı: 1664

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” və “VAZ-21010” markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər xəsarət alıb. Onlar - 1991-ci il təvəllüdlü Hüseynov Əli Allahverdi oğlu, 1988-ci il təvəllüdlü Aslanova Səbinə Zakir qızı, 2011-ci il təvəllüdlü Aslanov Röyal Emin oğlu, 2010-cu il təvəllüdlü Aslanov Elxan Emin oğlu, 2005-ci il təvəllüdlü Bayramov Vahid Daşqın oğlu və 1992-ci il təvəllüdlü Abışov Ağamurad Əsəd oğludur.  

Yaralılar dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılblar.

Tural Hüseynli