Bərdə rayonunda süni doğuşla dünyaya gələn əkiz uşaqlar ölüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 24-ü saat 17 radələrində Bərdə doğum evində baş verib.
Ağcabədi rayon sakini Ziba Qurbanova şiddətli ağrılarla doğum evinə yerləşdirilib. Həkimlər tərəfindən müayinə olunduqda onun bətnindəki döllərin ürək döyüntüləri qeydə alınmayıb. Həmin gün süni doğuşla ana bətnindəki iki döl çıxarılıb. Onlar oğlan uşağı olublar.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər