Bərdədə arvad ərini döyüb öldürdü

berdede-arvad-erini-doyub-oldurdu
Oxunma sayı: 4699

Bərdədə arvadı tərəfindən döyülən, bədəni ütü ilə yandırılan 80 yaşlı kişi ölüb.

 “Qafqazinfo”nun məlumatına görə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən rayonun Gərənə kənd sakini Hidayət Cəfərov yerləşdirildiyi Bərdə Rayon Xəstəxanasında vəfat edib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, Hidayət Cəfərovun övladları onun ikinci həyat yoldaşı Serbiya Cəfərova tərəfindən vəhşicəsinə döyüldüyünü, bədəninin ütü ilə yandırıldığını bildiriblər.