Bərdədə bərbər iş yerində qayçı ilə qətlə yetirildi

berdede-berber-is-yerinde-qayci-ile-qetle-yetirildi
Oxunma sayı: 4739

Bərdədə bərbər iş yerində  qətlə yetirilib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Həzi Aslanov küçəsində baş verib.

Belə ki, yanında işləyən təcrübəçi qayçı ilə rayon sakini Məmmədov Ceyhun Hüsü oğluna xəsarət yetirib.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, C.Məmmədovu öldürən təcrübəçi hadisəni törətdikdən sonra hadisə yerində qaçıb. Lakin o, Bərdə rayon polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Tural Hüseynli