Bərdədə daha 60 evə qaz verildi - Fotolar

berdede-daha-60-eve-qaz-verildi
Oxunma sayı: 1461

Azərbaycanın bölgələrində 2020-ci il üzrə tərtib olunan dövlət proqramına uyğun olaraq qaz çəkilişləri davam etdirilir.

“Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya bildirilib ki, bu günlərdə Bərdə rayonunda Məşədiibişli kəndində qaz çəkilişi prosesi tamamlanıb. Bu kənddə 60 fərdi yaşayış evi qazlaşdırılıb.

Ümumilikdə 7693 metr uzunluğunda polietilen, 6021 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib.

Qazla təmin edilən evlərin hər birinə məişət qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.