Bərdədə dəyirmi masa keçirilib - Fotolar

berdede-deyirmi-masa-kecirilib
Oxunma sayı: 1105

Bu gün Bərdə rayon Təhsil şöbəsində Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və YAP rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə gənc dil-ədəbiyyat müəllimlərinin və fəal gənclərin iştirakı ilə “21 fevral -Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş “Dilimizi qoruyaq” mövzusunda dəyirmi masa keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov açaraq gündəlik mövzu ilə bağlı məlumat verib. Qeyd edib ki, 21 fevral tarixinin “Beynəlxalq Ana dili günü” kimi qeyd olunması 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə BMT tərəfindən qəbul olunaraq təsdiqlənib. 

Rayon Təhsil şöbəsinin dil-ədəbiyyat fənni üzrə metodisti Sədiqə Vəliyeva çıxış edərək Beynəlxalq Ana dili gününün artıq 17 ildir ki, dünya ölkələri tərəfindən böyük təntənə ilə qeyd olunmasından, dilin ünsiyyyət vasitəsi, millətin simasini səciyyələndirən əsas amillərdən, hər hansı bir xalqın varlığının təzahürü,onun milli sərvəti və qan yaddaşı olmasından danışıb.

Təhsil şöbəsinin metodkabinetinin müdiri Xuraman Qurbanova, məktəblərin dil-ədəbiyyat müəllimləri Səfurə Hümbətova, Vəsilə Hüseynova, Elmira Səfərova, Xalidə Məmmədova, Mehriban Baxşalıyeva, İradə Əsədli Azərbaycan dilinin hələ Ş.İ.Xətai tərəfindən dövlət dili statusuna qaldırılmasından, onun tarixindən əsl poeziya dili olmasından, zənginliyindən, səlistliyindən, bütün dünya xalqları tərəfindən sevildiyini qeyd ediblər.