Bərdədə ədəbi-bədii gecə

berdede-edebi-bedii-gece-
Oxunma sayı: 1112


"Qafqazinfo"ya daxil olan məlumata görə, mərkəzləşdirilmiş kitabxana sisteminin uşaq şöbəsinin müdiri Sevda Süleymanova, Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov milli-mənəvi dəyərlərimiz barədə çıxış edərək, milli-mənəvi dəyərlərimizi qorumağın hər bir gəncin müqəddəs borcu olduğunu bildiriblər. 

Bülbül adına 1 saylı Uşaq İncəsənət məktəbinin oğlan və qızlardan ibarət rəqs kollektivinin (müəllim Bağdagül Teymurova) təqdim etdiyi “papaq”, “ləzdinka”, “vals” və s. rəqslərini tamaşaçılar rəğbətlə qarşılayıblar. Kitabxanın “Milli-mənəvi mövzusunda ”keçirdiyi inşa yazı müsabiqəsinin iştirakçılarından N.Nərimanov adına 3 saylı Bərdə şəhər tam orta məktəbin X sinif şagirdi Leyla İbrahimliyə hədiyyə təqdim olunub. 2 saylı Uşaq musiqi məktəbinin saz müəllimi Müzəffər Şükürovun ifa etdiyi xalq mahnıları, Şəhid Alı adına 5 saylı Bərdə şəhər tam orta məktəbin VI sinif şagirdlərinin və Ramiz Musayev adına Bərdə şəhər inkluziv təhsil komponentli günüuzadılmış tam orta məktəbin şagirdi Cəmalə Əliyevanın Bahar bayramı ilə bağlı söylədikləri şeirlər, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdi Hüseyn Əliyevin oxuduğu “Ay dili-dili” xalq mahnısı alqışlarla qarşılanıb.

Sonda Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının səhnələşdirilmiş bir hissəsini iştirakçılara təqdim ediblər.