İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açıb. Daha sonra çıxış edən rayonun Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov A.Şahbazov ordunun son zamanlar daha da güclənməsindən, əsgərlərdə ruh yüksəkliyinin artmasından danışıb. Tədbirdə YAP Gənclər Birliyinin Baş ofisinin sektor müdiri Orxan Fəxrəddinov Gənclər Birliyinin gördüyü işlərdən, Ukraynanın Vinnitsa vilayətinin Azərbaycanlı Gənclər İttifaqının sədri Adil Məmmədov isə gənclərimiz digər ölkələrdə də əldə etdikləri nailiyyətlərdən danışıblar. Konsertdə gənc mügənnilər Elnur Məmmədovun, Zibər Zamanovanın və başqalarının ifasında müxtəlif xalq və bəstəkar mahnıları səslənib. Son olaraq tədbirdə əsgərlərlə viktorina keçirilib, sualları düzgün cavablandıranlara qol saatları və avtoqələmlər təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər