Bərdədə ev yandı

berdede-ev-yandi
Oxunma sayı: 742

Bərdədə yanğın baş verib. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan kürsülü, birmərtəbəli 5 otaqlı evin dam örtüyünün, iki otağının yanar konstruksiyaları və ev əşyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.