Bərdədə evdə yanğın

berdede-evde-yangin
Oxunma sayı: 1006

Bərdə rayonunun Körpüsındıran kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin dam örtüyü, tavanı 18 m² sahədə və ev əşyaları yanıb.

"Qafqazinfo" bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda deyilir.