"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq tamaşaçıları təşkilatçılar adından salamlayıb. Sonra o, ölkəmizdə və eləcədə rayonda gənclərin və idmanın inkişafına göstərilən diqqət və qayğıdan, bərdəli gənclərin bu sahələrdə əldə etdikləri uğurlardan danışdı, bu tədbirlərin keçirilməsinə yaratdıqları şəraitə görə rayon rəhbərliyinə və əziyyəti olanlara minnətdarlığını bildirib. Tədbirin aparıcısı Səbuhi Qasımov artıq yay mövsümündə belə tədbirlərin beşincisinin keçirildiyini,gənclərin sosial şəbəkələrdə təşkilatçılara minnətdarlıqlarını bildirdiklərini və digər bölgələrin də belə tədbirlərin keçirməyə başladıqların qeyd edbi. Tədbirdə xalq, bəstəkar və xarici bəstəkarların mahnıları, rep, meyxana və rəqs musiqiləri ifa olunub. “Qarabağ” ansamblının (bədii rəhbər Ədalət Şərifov) müşayiəti ilə müxtəlif mahnı müsabiqələrin laureatları Ramilə Musazadənin , Ramin Bayramovun, Bahadurbəy Muradbəylinin, Alim Əliyevin, Fəzalət Kürdoğlunun, Esmira və Nübar İsayeva bacılarının, Elnur Məmmədovun, Hüseyin Əliyevin, skripkaçı-müğənni Elnur Rzanın və “Həyatın səsi” qrupunun, repçilər “pessimist Musa”nın və “Fərid Amarok”un,meyxanaçılar Namiq və İsmət qardaşlarının və digər mügənnilərin ifasında səslənən şən və ritmik mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. ”Qarabağ” rəqs qrupu ilə birgə tamaşaçılar da oynadılar. Müsiqi nömrələri vaxtı nümayiş etdirilən atəşfəşanlıq konsertə xüsusi gözəllik verdi Tədbirin sonunda konsertlərin təşkilində və rayon səviyyəli tədbirlərin keçirilməsində göstərdikləri fəallığa görə , skripkaçı-müğənni Elnur Rza, ”Qarabağ” rəqs qrupunun rəhbəri Rəşad Quliyev, Ramal Əhmədov və Emin Rəhimli Gənclər və İdman idarəsinin Fəxri Fərmanları və YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin xatirə hədiyyələri ilə təltif olunublar.
Son xəbərlər
Son Xəbərlər