Bərdədə həmyerlisini bıçaqlayan şəxs tutuldu

berdede-hemyerlisini-bicaqlayan-sexs-tutuldu
Oxunma sayı: 742

Martın 7-də Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Ağdam rayon sakini Elvin Eyvazov xuliqanlıq zəminində həmyerlisi Şəhadət İsmayılova bıçaqla daxilə nüfuz edən xəsarət yetirib. Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Eyvazov tutulub.

Araşdırma aparılır.