Bərdədə işgüzar konfrans keçirildi - Fotolar

berdede-isguzar-konfrans-kecirildi
Oxunma sayı: 2041

Bərdədə “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” adlı işgüzar konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra tədbirdə çıxışlar olub.

Baş Prokurorluğun idarə rəisi Natiq Abdullayev ölkədə aparılan məhkəmə-hüquq islahatlarının önəmini diqqətə çatdırıb. Konfransda, həmçinin, Bərdə rayon prokuroru Rəşad İsgəndərov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov ümumilli lider Heydər Əliyevin insan hüquqlarına verdiyi dəyər və zəngin dövlətçilik irsi mövzularında çıxış edib.

Tədbir iştirakçıları “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli filmə baxıb.