Bərdədə karate yarışı keçirilib

berdede-karate-yarisi-kecirilib
Oxunma sayı: 1718


“Qafqazinfo” xəbər verir ki, yarışın əsasnaməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  tərəfindən təsdiq edilib. Tədbirdə Bərdə rayon  Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, Beynəlxalq Kyokuşinkaykan Karate Federasiyasının Prezidenti,  IX dan qara kəmər  ustası Teyyub Əzizov çıxış edirb, bu idman döyüş sənətinin gənclərin hərbi vətənbərlik ruhunda tərbiyə olunmasında zəmin yaratdığından danışıblar. Ölkəmizin müxtəlif şəhər və rayonlarından olan 20 komanda (200 –ə yaxın idmançı) bu yarışda iştirak ediblər.Gərgin mübarizə şəraitində keçən yarışda Bakının “Abşeron “klubu-I, Xırdalanın “Çempion” klubu-II və “Sədərək” kulubu- III yerləri tutublar. Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kuboklarla təltif olunublar.

Bərdə rayonunu bu yarışda I dan qara kəmər ustası, məşqçi Pərviz Rəsulovun yetirmələri uğurla təmsil edib. Beləki, 5 nəfər I, 7 nəfər II, 2 nəfər isə III yerləri tutub.