Bərdədə küçədən beş yaşlı uşaq tapıldı

berdede-kuceden-bes-yasli-usaq-tapildi
Oxunma sayı: 1726

Bərdə rayonunda küçədən beş yaşlı uşaq tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, uşaq rayonun Heydər Əliyev prospekti ərazisində aşkarlanıb.

Uşaq anası və atası tərəfindən döyülərək küçəyə atıldığını iddia edib.

Azyaşlı rayon sakinləri tərəfindən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Tural Hüseynli