Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndində qeydə alınıb.
Belə ki "Moskviç" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini 1996-cı il təvəllüdlü Aslanova Fərqanə İslam qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin müdaxiləsinə baxmayaraq, F.Aslanovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli

Son xəbərlər
Son Xəbərlər