Bərdədə maşın aşdı, 25 yaşlı qadın öldü - Foto

Bərdədə maşın aşdı, 25 yaşlı qadın öldü
Oxunma sayı: 3893

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Soğanverdilər kəndində qeydə alınıb.

Belə ki "Moskviç" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini 1996-cı il təvəllüdlü Aslanova Fərqanə İslam qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq, F.Aslanovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli