“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun, rayon və şəhər prokurorluqlarının əməkdaşları Bərdə şəhərində məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüş, onların sosial-məişət şəraiti ilə yaxından tanış olublar.
Görüşdə çıxış edən Baş Prokurorluğun idarə rəisinin müavini Əli Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün İlham Əliyev tərəfindən görülən məqsədyönlü siyasət tədbirləri barədə onlara ətraflı məlumat verib. Xüsusi vurğulayıb ki, Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət son nəticədə Dağlıq Qarabağ məsələsinin dövlətimizin və xalqımızın mənafeyinə uyğun şəkildə həll olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi ilə nəticələnəcək.
Son xəbərlər
Son Xəbərlər