"Qafqazinfo"ya daxil olan məlumata görə, müşavirəni giriş sözü ilə rayon təhsil şöbəsinin gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə metodisti İsa Abbasov açaraq tədris ili ərzində əldə olunan nəticələrdən danışıb.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Tahir Quliyev çıxış edərək “Şahin” hərbi idman oyunlarının məktəbdaxili yarışların və rayon birinciliyinin nəticələri barədə danışaraq öz tövsiyyələrini verib.
Daha sonra “Şahin” hərbi idman oyununun məktəbdaxili və rayon birinciliyinin keçirilməsində göstərdiyi təşkilatçılığa görə Təhsil şöbəsinin metodisti İsa Abbasova və “2014-2015 tədris ilinin yekunları” ilə bağlı fərqlənən bir qrup gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimlərinə Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər