Bərdədə narkomaniya əleyhinə tədbir- - Fotolar

berdede-narkomaniya-eleyhine-tedbir-
Oxunma sayı: 930


Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq narkomaniyanın insanlara, xüsusi ilə gənc nəslə vurduğu zərərdən, Gənclər və İdman idarəsinin əlaqədar təşkilatçılarla birgə narkomaniyayla mübarizə sahəsində gördüyü işlərdən və keçirilən tədbirlərdən danışıb. 

Gənclər və İdman idarəsinin Təhsil şöbəsi ilə birgə orta məktəblərin yuxarı sinif şagirdləri arasında “Gənclər narkomaniyaya qarşı” mövzusunda birgə keçirdiyi inşa yazı müsabiqəsinin qalibləri rayon polis şöbəsinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə təltif olunublar. 

Sonda təşkilatçılar tərəfindən mövzu ilə bağlı hazırlanmış videoçarx təqdim edilib.