Bərdədə qaçış yarışı - Fotolar

berdede-qacis-yarisi
Oxunma sayı: 1957

Bu gün Bərdə rayonunda yuxarı sinif şagirdləri arasında “5 mart Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş 100 metr məsafəyə qaçış yarışı keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 şəhər məktəbindən 36 nəfər (18 qız, 18 oğlan) iştirak edib. Yarışı giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açaraq müəllimləri və iştirakçıları salamlayıb.

Ölkədə idmanın inkişafından danışan A. Şahbazov Bərdə idmançılarının müxtəlif idman növlərində dünya, qitə, ölkə çempionatlarında və beynəlxalq turnirlərdə böyük uğurlar əldə etdiyini vurğulayıb.

Rayon Təhsil şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək 2015-ci il ərzində Gənclər və İdman idarəsi ilə birgə keçirilən idman yarışlarından və gənc idmançılarımızın müxtəlif yarışlarda əldə etdikləri nailiyyətlərdən danışıb. Gərgin mübarizə şəraitində keçən yarışda oğlanlar arasında daha surətli olan N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin şagirdi Əliyev Rəhman 1-ci yeri, N.Gəncəvi adına şəhər 2 saylı tam orta məktəbin şagirdi Cəfərli Ruslan 2-ci yeri, Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb- liseyin şagirdi Orucov Azər 3-cü yeri tutublar.

Qızlar arasında isə 1-ci yeri N.Gəncəvi adına şəhər 2 saylı şəhər orta məktəbin şagirdi Hacıyeva Aygün, 2-ci yeri T.İsmayılov adına 1 saylı şəhər tam orta məktəbin şagirdi Nazimli Gülnar, 3-cü yeri N.Gəncəvi adına 2 saylı şəhər orta məktəbin şagirdi Əliyeva Emiliya tutublar. Qaliblərə Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları təqdim olunub.