Bərdədə qadın qətlə yetirildi, əri ilə kürəkəni saxlanıldı

berdede-qadin-qetle-yetirildi-eri-ile-kurekeni-saxlanildi
Oxunma sayı: 2669

Bərdədə qadın baltalanaraq qətlə yetirilib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə bir neçə balta zərbəsi ilə qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib. Rayon polis əməkdaşları şübhəli şəxs qismində qadının həyat yoldaşını və kürəkənini polis şöbəsinə aparıblar.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli