Bərdədə qaz olmayacaq

berdede-qaz-olmayacaq
Oxunma sayı: 768

Fevralın 22-də saat 10:00-dan 16:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Ağdam Magistral qaz kəmərləri sahəsinin balansında olan “Kətəlparaq” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Qafqazinfo” “Azəriqaz”a istinadən xəbər verir ki, təmir müddətində Bərdə rayonun Kətəlparaq, Şirvannı, Uğurbəyli, Dəymədağlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.