Bu günlərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə və YAP rayon təşkilatının baş məsləhətçisi Səba Məmmədova qazi Yusifov Hüseyn Natiq oğluna baş çəkib.
Bərdə RİH-dən “Qafqazinfo”ya verilən məlumata görə, ailənin çətinlikləri ilə maraqlanılıb və bəzi problemlərinin həlli üçün köməkliklər göstərilib.
Qazi Hüseyn Yusifov özünün hərbidəki xidmətlərindən danışıb, eyni zamanda Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən dövlət səviyyəsində qazi ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduğunu ifadə edib.
Rayonda bütün qazi və şəhid ailələrinə kömək göstərilməsi işi davam etdirilir.
Qeyd edək ki, Bərdə rayonu Mollalı kəndindən qazi - əsgər Yusifov Hüseyn Natiq oğlu sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Qubadlı və Füzuli rayonlarının azad edliməsində iştirak edib və Şuşa şəhəri istiqamətində Daşaltı ətrafında gedən döyüşlərdə yaralanıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə əsgər Yusifov Hüseyn Natiq oğlu “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər
Son Xəbərlər