Bərdədə qəza - 1 ölü, 2 yaralı + Foto

berdede-qeza
Oxunma sayı: 3794

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində Bərdə rayon sakini, 1959-cu il təvəllüdlü Hacıyev Tanrıverdi Ramazan oğlu hadisə yerində həyatını itirib, daha iki nəfər - 1990-cı il təvəllüdlü İsmayılov İlkin Şahin oğlu və 1991-ci il təvəllüdlü Qarayev Rüfət Əbülfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli