Bərdədə qum-çınqıl qanunsuz daşınırmış - Foto

berdede-qum-cinqil-qanunsuz-dasinirmis
Oxunma sayı: 1123

Bərdə rayonunun Zümürxan kəndi yaxınlığındakı çay yatağından qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov “Qafqazinfo”ya bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının ərazidə fəaliyyət göstərən “Salehoglu-R” karxanası tərəfindən daşındığı məlum olub.

Onun sözlərinə görə, faktla bağlı karxananın iş icraçısı Rahib Əhmədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.