"Qafqazinfo"ya daxil olan məlumata görə, sərgi Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin , Gənclər və İdman idarəsinin və kollecin təşkilatçılığı ilə baş tutub. Sərgiyə müxtəlif təşkilatlardan 100-dən yuxarı otaq bitkiləri nümayişə çıxarılıb. Məqsəd gənclərin ətraf mühitin qorunmasına cəlb edilməsi, onlarda ekoloji şüurun inkişaf etdirməklə ətraf mühitə qarşı həssas münasibət formalaşdırılması olub.
Tədbiri giriş sözü ilə açan kollecin müəllimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev sərginin keçirilməsi ilə bağlı məlumat verib.
Sonda qaliblərə diplom və sertifikatlar təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər