Bərdədə sərgi müsabiqəsi keçirildi

berdede-sergi-musabiqesi-kecirildi
Oxunma sayı: 2107



Müsabiqədə Texniki  Yaradıcılıq  Mərkəzinin  və  Uşaq  yardıcılıq  mərkəzinin  dərnək  üzvlərinin  150 dən çox əl işləri  nümayiş  etdirilib. Sərgidə  Bərdə rayon Gənclər və İdman idarəsinin  baş  məsləhətçisi Aydın Qasımov, Təhsil şöbəsinin  metodiki  mərkəzin direktoru Xuraman  Qurbanova, metodist  Sevil Əliyeva, Uşaq Yaradıcılıq Mərkəzinin müdiri Səadət  Hüsiyeva,  Texniki Yaradıcılıq Mərkəzinin  müdiri  Nəcibə Rzayeva  iştirak  ediblər. Texniki Yaradıcılıq  Mərkəzinin  dərnək  üzvləri,  Vahid  Şərifovun (yük maşını),  Ayxan  Nərimanovun (gəmi),  Günel  Əlizadənin (kosmik  raket),  Arif  Sadıqzadənin (raketdaşıyan  maşın), Camal  Abdullazadənin (tank) hazırladıqları  müxtəlif  texnikalar mükafata  layiq  görülüb.
Sərgidə həmçinin Uşaq Yaradıcılıq Mərkəzinin dərnək  üzvləri İlknur Qasımovanın (Şuşa qalası),  Rəvan  İsmayılovun (kibrit  çöplərindən  hazırlanmış  ev),  Nərgiz  Quliyevanın (buta) hazırladıqları  əl  işləri mükafata  layiq  yerləri  tutub.       
Qaliblər  təşkilatçılar  tərəfindən  müvafiq  dərəcəli  diplom  və xatirə hədiyyələri  ilə  mükafatlandırılıb.