"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş məruzə edib. Bildirib ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş ermənilərin etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalıb. Azərbaycanlılar min illər boyu yaşadıqları tarixi dədə-baba torpaqlarından didərgin salınıb, indi Ermənistan adlandırılan həmin torpaqlarda xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilib.
Tədbirdə 1948-51-ci illərdə ermənilər tərəfindən Qərbi Azərbaycanın Vedibasar rayonundan deportasiya olunmuş, hazırda Otuzikilər kənd sakini, təqaüdçü Yaqubov Lətif Cəlil oğlu,1948-51-ci illərdə ermənilər tərəfindən Qərb Azərbaycanın Exiqnadzor rayonundan deportasiya olunmuş, hazırda Əmirli kənd sakini Abişov Vaqif Həsən oğlu, Qərbi Azərbaycanın Basarkeçər rayonundan deportasiya olunmuş ailənin övladı Hacızadə Aqşin Şiruyə oğlu ermənilər tərəfindən azərbaycanlıların soyqırımı haqqında çıxış ediblər.
Toplantı şəhər 8 saylı tam orta məktəbin şagirdlərinin göstərdiyi kompozisiya ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər