Bərdədə toyda kütləvi zəhərlənmə - Yenilənib

berdede-toyda-kutlevi-zeherlenme
Oxunma sayı: 4069

Bərdədə baş tutan toy mərasimlərindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, həyətdə baş tutan toy mərasimində 20-yə yaxın şəxs qidadan zəhərlənib. 

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdədə toyda zəhərlənənlərdən bir neçəsinin adları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bunlar Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri - 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri - 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğludur.

Tural Hüseynli