Bərdədə üç obyekt külə döndü - Video+Fotolar

berdede-uc-obyekt-kule-dondu
Oxunma sayı: 3473

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, küçədə yerləşən şirniyyat evi, aptek və gözəllik salonu yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb. Hadisə zamanı küçədə avtomobilin hərəkəti dayandırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Hüseynli