Bərdədə uşaqlar üçün konsert- - Fotolar

berdede-usaqlar-ucun-konsert-
Oxunma sayı: 883


"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov açıb. O, ölkəmizdə gənclərin və idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirin aparıcısı Səbuhi Qasımov belə tədbirlərin yay mövsümündə ardıcıl olaraq davam edəcəyini, müxtəlif səpkidə müsabiqələrin keçiriləcəyini qeyd edib. 

Tədbirdə xalq və bəstəkar mahnıları, rəqs musiqiləri ifa olunub. Tamaşaçılara viktorina sualları verilib. Sualları düzgün cavablandıranlara hədiyyələr təqdim olunub. 

Məktəbin xalq çalğı ansamblının (bədii rəhbər Razi Qasımov) müşayəti ilə “Xalq ulduzu” mahnı müsabiqəsinin iştirakçısı Gültəkin Məmmədovanın, müxtəlif müsabiqələr laureatı Ramin Bayramovun, skripkaçı-müğənni Elnur Rzanın, digər mügənnilərin və musiqi məktəbinin şagirdlərinin ifasında səslənən şən və ritmik mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.