Bərdədə vətənpərvərliklə bağlı dəyirmi masa

berdede-vetenperverlikle-bagli-deyirmi-masa
Oxunma sayı: 803


 “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirə şəhər orta məktəblərinin şagirdləri dəvət olunublar. Mərkəzi  kitabxananın  uşaq  şöbəsinin müdiri Sevda Süleymanova geniş və ətraflı çıxış edib.

Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək müasir dövrdə yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda  tərbiyə olunmasının, onlara bu hisslərin aşılanmasının vacibliyini qeyd edib. Daha sonra Gənclər və İdman idarəsinin bu sahədə gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb.