"Qafqazinfo"ya daxil olan məlumata görə, turniri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov açaraq I Avropa Oyunlarının başlanması münasibətilə könüllüləri təbrik edib. Sonra o, I Avropa Oyunlarının məqsəd və məramı barədə geniş və ətraflı məlumat verərib.
Bərdə rayon "ASAN" xidmət mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun aparıcı-məsləhətçisi, könüllülər üzrə məsul şəxs Saray Mayılzadə çıxış edərək komandalara yarışda uğurlar arzulayıb. Könüllülərdən ibarət "Yenilməzlər", "Aslanlar" və "Gənclik" komandaları arasında gərgin mübarizə şəraitində keçən yarışda daha güclü oyun nümayiş etdirən "Yenilməzlər" komandası hər iki görüşdə qalib gələrək I yeri tutub.
Qalib komanda (kapitan Azər Məmmədov) və üzvləri təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılıb.
Son xəbərlər
Son Xəbərlər