Bərdədə yarmarka keçirilib

berdede-yarmarka-kecirilib
Oxunma sayı: 1622

Bərdə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədi daşıyan yarmarkada alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyətli olması nəzarətdə saxlanılıb. Yarmarkaya rayon kəndlərindən müxtəlif növ ərzaq məhsulları çıxarılmışdır. Yarmarkaya 150-dən çox sahibkar, 120 nəfər fərdi məhsul istehsalçıları cəlb edilib.

Məhsullar bazar qiymətlərindən 30-40 % ucuz qiymətə satılıb. Yarmarkada 2000 kisədən çox un kisəsi 21 manata, 1,8 ton mal əti kiloqramı 5 manata, 0,8 ton qoyun əti kiloqramı 6 manata satılib.

Yarmarkada ətraf qonşu rayonların əhalisi də iştiak edib. Alıcılar yarmakanın keçirilməsini rəğbətlə qarşılamış, məhsulların qiymətlərindən razılıqlarını ifadə etmişlər, yarmarkanının təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Ərzaq satışı yarmarkasının ayda 2 dəfə keçirilməsi nəzərdə tutulub.