Bərdədə yol qəzasında bir ailənin 4 üzvü yaralandı - Fotolar +Yenilənib

berdede-yol-qezasinda-bir-ailenin-4-uzvu-yaralandi
Oxunma sayı: 3209

Bərdə rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Mirzəxan kəndi ərazisində "Vaz 21-011" markalı minik avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub.

Qəza zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

***

Qəza zamanı xəsarət alanlar: "Vaz 21- 011" sürücüsü, 1992-ci il təvəllüdlü Məmişov Dünyamin Ehibar oğlu,
"Opel"in sürücüsü 1976-cı il təvəllüdlü Hüseynov Rəşad Əli oğlu, həyat yoldaşı - 1984-cü il təvəllüdlü Hüseynova Ülviyyə Rasim qızı və övladları 2008-ci il təvəllüdlü Hüseynova Aysu Rəşad qızı, 2009-cu il təvəllüdlü Hüseynov İmran Rəşad oğludur.

Qeyd edək ki, xəsarət alanlardan Ü.Hüseynova, A.Hüseynova və İ.Hüseynovun vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.

Tural Hüseynli